YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mixail Şvıdkoy: Bakıda keçiriləcək birinci Avropa Oyunları bütün sonrakı oyunlar üçün nümunə olacaq

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib: “Yeni idman bayramının – Avropa Oyunlarının yaranmasına ürəkdən sevinirəm və xoşbəxtəm ki, bu Oyunlar Azərbaycanda keçiriləcək”.

Onun sözlərinə görə, Avropa Olimpiya Komitəsinin seçimi təsadüfi deyil. M.Şvıdkoy deyib: “Azərbaycanda keçirilən bütün böyük tədbirlər təsdiq edir ki, respublika istənilən miqyaslı tədbirlərə hazırdır. Azərbaycanda logistikanı düzgün təşkil etməyi bacarırlar, hər cür lazımi infrastruktur vardır, bu idman bayramını həm də mədəniyyət hadisəsinə çevirə biləcək istedadlı adamlar çoxdur. İnanıram ki, Bakıda keçiriləcək birinci Avropa Oyunları bütün sonrakı oyunlar üçün nümunə olacaq”.

O bildirib: “Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin çox dəqiq deyib ki, Qələbə paradında görmək istədiyimiz adamlar vardı. Azərbaycanın lideri, Prezident İlham Əliyevin xanımı ilə birlikdə Qələbənin 70 illiyi münasibətilə keçirilən parada gəlməsi münasibətlərimizin dərinliyinin və səmimiliyinin təzahürü idi. Bu, onu göstərir ki, Azərbaycan ilə Rusiya arasında əsl strateji, tərəfdaşlıq münasibətləri yaranıb. Bu, təkcə region üçün deyil, həmçinin Ümumavropa və dünya məkanı üçün əhəmiyyətlidir”.