YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın müharibə cinayətləri...

Əlcəzairin “Əl Hərir” portalında ermənilərin Birinci və İkinci Qarabağ müharibələri zamanı törətdikləri ağır cinayətlər barədə məqalə dərc olunub.

Ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırovun müəllifi olduğu məqalədə bu il Xocavəndin Edilli yaşayış məntəqəsində ermənilərin vəhşicəsinə qətlə yetirdikləri azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq haqqında geniş məlumat verilib. Müəllif qeyd edib ki, bir neçə gün əvvəl tapılmış məzarlıqda aşkar edilən 12 Azərbaycan hərbçisinin ağır işgəncələrdən sonra qətlə yetirildiyi sübut olunub.

Yazıda qeyd olunub ki, ermənilər 1993-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndində də ağır cinayət törədib, 73 mülki şəxsi amansızcasına qətlə yetiriblər. Düşmənin ən dəhşətli cinayəti isə 1992-ci il fevralın 26-da işlənmiş insanlığa qarşı ən ağır suç olan Xocalı soyqırımıdır. Bundan başqa, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 mindən çox azərbaycanlının taleyindən bu günədək heç bir xəbər yoxdur.

Məqalədə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə, Mingəçevir və Tərtəri raket atəşinə tutması, çoxlu sayda dinc insanı, o cümlədən uşaqları qətlə yetirməsi barədə məlumat verilib. Müəllif diqqətə çatdırıb ki, işğalçı ordunun Azərbaycan ərazilərində basdırdığı minaların partlaması nəticəsində indiyədək 250-dən artıq insan həyatını itirib, çoxlu sayda hərbçi və mülki şəxs əlil olub.

DİGƏR Xəbərlər Arxiv