YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə şəhidlərin xatirələri anılıb

Lerikdə Vətən müharibəsi şəhidləri mayor Ağayev Ramil Mərdan oğlunun, Həmidli Cavanşir Namiq oğlunun və Babazadə Babazeynal Maqsud oğlunun anım mərasimləri keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, RİH başçısının birinci müavini Cəlil Baxşıyev, idarə, müəssisə, təşkilat rəhbərləri, partiya fəalları, ictimaiyyət nümayəndələri Lerik şəhərində mayor Ramil Ağayevin, rayonun  Çayrud kəndində Cavanşir Həmidlinin, Amburdərə kəndində Babazeynal Babazadənin məzarlarını ziyarət edib, üzərilərinə tər güllər düzüb, ruhlarına dualar oxuyublar.

Çayrud kəndində Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş abidə kompleksi də ziyarət olunub.

Qeyd edək ki, Ramil Ağayev 2020-ci il oktyabrın 8-də Füzuli uğrunda, Cavanşir Həmidli oktyabrın 7-də Cəbrayıl rayonunun Nüzgar kəndi uğrunda, Babazeynal Babazadə oktyabrın 7-də Ağdərə uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıblar.

DİGƏR Xəbərlər Arxiv