YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh sazişinin imzalanması istiqamətində mühüm addım...

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Praqa səfəri, ilk dəfə təşkil edilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada çıxışı və keçirdiyi görüşlər barədə ətraflı məlumatlar yayıb.

Yapon və ingilis dilində yayılan məlumatlarda Prezident İlham Əliyevin Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşləri və əldə edilən razılaşmalar əksini tapıb. Praqada keçirilən görüşlərin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində mühüm addım olduğu vurğulanıb.

Yazılarda qeyd edilir ki, Avropa İttifaqı iki ölkə arasında sərhədlərin demarkasiyası məsələsində öz dəstəyini irəli sürüb. Azərbaycan Prezidentinin dəfələrlə bəyan etdiyi dayanıqlı sülhə nail olmağın əsas şərtləri kimi Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi, ölkələrin ərazi bütövlüyünün tanınması, nəqliyyat dəhlizlərinin açılması barədə fikri də yer alıb.

Azərbaycan, Türkiyə və Ermənistan liderlərinin Praqa sammiti çərçivəsində qeyri-formal formatda keçirdiyi görüş barədə məlumatlar da əksini tapıb.

Bununla yanaşı, Prezident İlham Əliyevin Azərbaycan KİV-ə müsahibəsi və burada səsləndirdiyi fikirlərə də yer verilib.