YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Erməni vandalizminin daha bir nümunəsi...

Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkarlanmış kütləvi məzarlıq barədə məlumatlar Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.

Azərbaycanın Bolqarıstan Respublikasındakı səfirliyindən bildirilib ki, bu ölkənin aparıcı xəbər agentlikləri Edillidə aşkar edilmiş kütləvi məzarlıqda basdırılanların Birinci Qarabağ müharibəsində ermənilər tərəfindən qətl edilən Azərbaycan əsgərləri olduqlarını bildirib.

Həmçinin Ermənistanın 1990-cı illərin əvvəllərindən itkin düşmüş 4 min nəfər soydaşımız haqqında məlumatların Azərbaycana verilməsində əməkdaşlıqdan imtina etdiyi barədə məlumatlar yayıb.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən bu ilin fevral ayından etibarən Edilli kəndindəki kütləvi məzarlıqdan 25 nəfərin nəşinin aşkar edildiyi açıqlanıb.