YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülhə doğru...

Ukraynanın nüfuzlu informasiya agentlikləri və xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya səfərini, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşlərini geniş işıqlandırıb.

“Ukrinform”, “RBK-Ukrayna”, “Obozrevatel”, “Fokus”, “Yevropeyskaya Pravda” və digər KİV-lərdə dərc olunan məqalələrdə Praqada Azərbaycan və Ermənistan dövlət başçılarının böyük formatda görüşünün əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu görüşlər Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına ciddi töhfə verəcək.

Məqalələrdə, həmçinin Prezident İlham Əliyevin Azərbaycan telekanallarına verdiyi müsahibəsində sülh sazişinə dair səsləndirdiyi fikirlər də yer alıb.