YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi hadisə

Moldovanın xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya səfəri, orada keçirdiyi görüşlərə diqqət ayırıb.

“Noi”, “Dosarmedia”, “Timpul” və digər xəbər portallarında dərc olunan məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın baş naziri Nikol Paşinyanla birgə görüşləri tarixi hadisə adlandırılıb.

Bundan başqa məqalələrdə Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşünə, dövlətimizin başçısının telekanallara müsahibəsindəki fikirlərinə geniş yer verilib.