YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Valeh Ələsgərov: Azərbaycana qarşı aparılan kampaniyalar hər hansı mərkəzdən idarə olunan davamlı prosesdir

“Avropa Parlamenti Azərbaycana qarşı böhtan, qərəzli hərəkətlərə əl atır”. Bu fikri Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib.

V. Ələsgərov bildirib ki, Avropa Parlamentinin üzvləri bütün bunları silsilə şəkildə edirlər. Onun sözlərinə görə, bu kimi hallar hər hansı mərkəzdən idarə olunan davamlı prosesdir: «Son zamanlar Ələkrəm Hümmətov kimi vətən xainlərini Avropa Parlamentindəki dinləmələrə dəvət edirlər. Belə bir xaini ora dəvət etmək onların hansı niyyətdə olduqlarının göstəricisidir”.

V. Ələsgərov vurğulayıb ki, Azərbaycan bəzi ölkələrdən fərqli olaraq müstəqil siyasət aparır: “Azərbaycanın kiminsə ağzına, əlinə baxmağa ehtiyacı yoxdur. Təzyiqlərə baxmayaraq, biz müstəqil siyasəti aparırıq. Avropa siyasətçilərinin Azərbaycanla əməkdaşlığını qurmaq üçün yetərli qədər platformalar var. Bizimlə tərəfdaş kimi danışsınlar. Başqa cür qəbul edə bilmərik”.

 

DİGƏR Xəbərlər Arxiv