YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri İnquşetiyada beynəlxalq ilahiyyat konfransında iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 14-də Rusiya Federasiyası İnquşetiya Respublikasının Maqas şəhərinə səfər edəcək.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, səfər Rusiya Federasiyası İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurovun dəvəti əsasında həyata keçirilir. Səfərin məqsədi mayın 14-də Maqasda keçiriləcək “Dində mötədillik sülh, dinc qonşuluq və tərəqqiyə gedən yoldur” mövzusunda keçiriləcək beynəlxalq ilahiyyat konfransında iştirak etməkdir.

QMİ sədrinin himayədarlığı ilə keçiriləcək tədbirdə çoxlu sayda müsəlman dini liderin, Rus Pravoslav Kilsəsinin və yəhudi icmasının təmsilçilərinin, habelə Ümumdünya Müsəlman Alimləri Birliyinin baş katibi Əli Əl-Karadaginin rəhbərliyi ilə nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.

Konfransda ictimai əxlaq məsələlərinə dair ilahiyyat bəyannaməsinin, üç ibrahimi din adından bəyanatın və digər yekun sənədlərin qəbulu gözlənilir.

Şeyxülislam A.Paşazadəni səfərdə Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev və birinci müavini Müfti Salman Musayev müşayiət edəcəklər.

QMİ-nin sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB Müsəlmanları Məşvərət Şurasının sədri şeyxülislam A. Paşazadə Maqas beynəlxalq ilahiyyat konfransında məruzə ilə çıxış edəcək.

 

DİGƏR Xəbərlər Arxiv