YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda Prezident İlham Əliyev tərəfindən təltif edilmiş bir qrup müəllim və tələbə ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının qərargahında 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Prezident İlham Əliyevin təltif etdiyi bir qrup müəllim və tələbə ilə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Prezident İlham Əliyevin sərəncamları ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş Qəhrəman Qasımov, Xanımqız Babayeva, “Tərəqqi” medalı ilə təltif edilmiş Fəridə Əliyeva, Prezident təqaüdünə layiq görülmüş ADA Universitetinin tələbəsi Fidan Cəfərova və başqaları təhsilə olan diqqət və qayğıdan danışıblar. Qeyd edilib ki, son 20 ildə ölkəmizdə 3600 yeni məktəb tikilib və ya əsaslı təmir olunub. Xatırladılıb ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmiş, eləcə də 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə partiyanın ictimai-sosial həyatında aktiv iştirak edən bir qrup müəllim, həmçinin Prezident təqaüdünə layiq görülmüş tələbələr mükafatlandırılıb, onlara təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olunub.