YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısı

Fəsli Nəbiyev

YAP Gənclər Birliyi

Bolqarıstan və Azərbaycan arasında münasibətlər dostluq və strateji tərəfdaşlıq səviyyəsində yüksələn xəttlə inkişaf edir. Əlaqələrin hazırkı səviyyəsi 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış Birgə Bəyannamənin nəticəsidir.

2022-ci ildə Avropanın üzləşdiyi mürəkkəb siyasi-iqtisadi proseslərin fonunda yaranmış enerji böhranı, burada yerləşən ölkələri müxtəlif enerji mənbələri axtarmağa məcbur edir. Əllbətdə ki, belə bir şəraitdə Azərbaycan enerji ehtiyyatlarına malik etibarlı və güvənli tərəfdaş kimi öz sözünü deyir. Zamanında verilən məntiqli və uzaqgörən qərarlar göstərir ki, Azərbaycan hələ illər əvvəl Avropanın enerji böhranı ilə üzləşəcəyini hesablayaraq, enerji ehtiyyatlarının Avropaya nəql edilməsi üçün mühüm infrastruktur yaratmışdır.  

Azərbaycan artıq uzun illərdir ki, Avropa bazarını xam neft ilə təmin edir. Ancaq indiki şəraitdə alternativ enerji mənbəyi kimi qaza olan tələbat daha da artmaqdadır. Məhz bu səbəbdən Azərbaycan çalışır ki, Avropadakı tərəfdaşlarını qaz hasilatını artırmaqla ehtiyaclarını qarşılasın.

Avropa bazarının artan tələbatını qarşılamaq üçün Avropa İttifaqı və Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumun xüsusi əhəmiyyəti var. Bu Memoranduma əsasən Azərbaycan yaxın bir neçə il ərzində Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaqdır. Həm qaz ehtiyatlarının həcmi, həm də yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bir çox ölkələri təbii qazla yüksək həcmdə təminatına imkan verir.

Azərbaycan Avropa məkanında əməkdaşlığını həm də elektrik enerjisi sahəsində də inkişaf etdirir. Qarşılıqlı əməkdaşlıq çərçivəsində SOCAR vasitəsilə Bolqarıstanın enerji infrastrukturunun yenilənməsi istiqamətində işlərin görülməsi planlaşdırılır.

Dünyada cərəyan edən mürəkkəb geosiyasi şəraitdə etibarlı tərəfdaş kimi Azərbaycanın artan nüfuzu əlaqələrin çoxşaxəli şəkildə inkişafına töhvə verir. Öz ərazisində müasir nəqliyyat infrastrukturuna sahib olan Azərbaycan tanzit yüklərin təhlükəsiz və səmərəli şəraitdə daşınılaraq həcminin daha artırılmasına çalışır. Bununla bağlı artıq görülən işlər öz nəticələrini verir və cari ildə daşınılan tranzit yüklərin həcmi 50 faizə yaxın artmışdır.

Yeni əməkdaşlıq çərçivəsində Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə, o cümlədən işğaldan azad edilmiş ərazilərin bərpasına cəlb olunacaqdır ki, bu da iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın əhatəsinin genişlənməsinə səbəb olacaq.

DİGƏR Xəbərlər Arxiv