YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Bolqarıstan səfəri mövcud əlaqələrimizin daha da inkşafına böyük təkan verəcək

“Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin Bolqarıstana rəsmi səfəri uğurlu və məhsuldar  olmaqla yanaşı ölkəmizin dünya miqyasında enerji təhlükəsizliyi sahəsində aparıcı rol oynadığını bir daha sübüt etdi. Strateji tərəfdaş və dost ölkələr olan Azərbaycanla Bolqarıstan arasında iqtisadi, ticari, humanitar sahələrdə uğurlu əməkdaşlıq əlaqələri mövcuddur.  Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri günbəgün inkşaf edərək Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə səviyyəsinə qədər yüksəlmişdir. Ölkə başçımız İlham Əliyevin Bolqarıstana səfəri hər iki ölkə üçün yeni imkanlar açmaqla yanaşı mövcud əlaqələrimizin daha da inkşafına böyük təkan verəcəkdir.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycanla Bolqarıstan arasında digər sahələrdə olduğu kimi enerji sahəsində də əməkdaşlıq mövcuddur. Eyni zamanda səfər zamanı dövlətimizin başçısı qeyd etdi ki, Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin daha da artırılması nəzərdə tutulmuşdur. Bolqarıstanda rəsmi səfəri zamanı çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə həyata keçirilən enerji siyasəti barəsində məlumat verdi. Azərbaycanın uzun illərdir ki, etibarlı tərəfdaş olaraq xam nefti dünya və Avropa bazarlarına ixrac etdiyini qeyd edən Prezident İlham Əliyev, Azərbaycanın qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etmək üçün əlindən gələni etdiyini vurğuladı.

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsinin əhəmiyyətinə toxunan Azərbaycan Prezidenti interkonnektorun Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan və Avropa qitəsində enerji təhlükəsizliyinə çox böyük fayda verəcəyini bildirdi. Daha sonra Azərbaycan Lideri ölkəmizin enerji sahəsindəki gələcək planlarından bəhs edib.

Ümumilikdə Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin Bolqarıstana rəsmi səfəri ölkələrimiz arasındakı mövcud əlaqələrin daha da inkşafına və yeni əməkdaşlıq imkanlarının araşdırılmasına böyük töhvə verəcək: “Bu gün Azərbaycanda sosial, iqtisadi inkşafla yanaşı dünya ökələri ilə mövcud əlaqələr daha da genişləndirilir, yeni-yeni müqavilələr imzalanır. Ölkəmiz dünya ölkələri ilə yanaşı beynəlxalq təşkilatlarla da yaxından əməkdaşlıq edir, inkşafa və tərəqqiyə hesablanmış təşəbbüslərlə çıxış edir. Xüsusi qeyd etmək lazımdır ki, bu gün dünyada siyasi katakilizm və qeyri sabit vəziyyət hökm sürsə də, Azərbaycan bütün bu proseslərin mənfi təsirlərindən tam kənardadır və ölkəmizin beynəlxalq aləmdəki yüksək nüfuzu və gücü günbəgün artmaqdadır. Əlbətdə bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən, zərgər dəqiqliyi ilə ölçüb biçdiyi siyasətin və gecə-gündüz xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinin nəticəsidir” .