YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatının 29 nömrəli ərazi partiya təşkilatının üzvləri və Şuşa Şəhər Bülbülcan adına Uşaq Musiqi Məktəbinin kollektivi şəhid Kazımov Əmir İlham oğlunun ailəsini ziyarət ediblər.

Görüşdə şəhidimizin əziz xatirəsi anılıb, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Əmir Kazımov 1998-ci il yanvarın 29-da Xəzər rayonu Şağan qəsəbəsində anadan olub. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başlanması ilə əlaqədar könüllü olaraq döyüşə yollanıb. Müxtəlif istiqamətlərdə gedən döyüşlərdə iştirak edərək qəhrəmanlıq nümayiş etdirib. Əmir 2020-ci il oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.