YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Böyük qayıdış Cəbrayıldan başlayıb

Bu gün Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan, qədim Azərbaycan xalqının milli-mənəvi irsini özündə təcəssüm edən Cəbrayıl rayonunun işğaldan azad edildiyi gündür. Təbii ki, bu gün böyük əhəmiyyətə malikdir. Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O bildirib ki, 1993-cü ilin avqust ayının 23-də Cəbrayıl rayonu erməni silahlı qüvvələrinin işğalına məruz qaldı və işğal altında olduğu illər ərzində burada xalqımıza məxsus milli-mədəni irsimizi özündə əks etdirən çoxlu sayda milli-mədəni abidələrimiz erməni vandalları tərəfindən məhv edilmişdir.

“Bununla yanaşı Cəbrayıl rayonunun infrastrukturu da məhv edilib. Bu illər ərzində bu torpaqlar əsl sahiblərinin gəlməsini gözləmişdir. Cəbrayıl rayonun işğaldan azad olunması düşmənə ağır bir zərbə vurmuşdur. Heç təsadüfi deyil ki, Böyük qayıdış məhz Cəbrayıldan başlamışdır. 5 yanvar 1994-cü ildə Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi ilk olaraq işğaldan azad edilmişdir. Strateji yüksəkliklər işğaldan azad edildikdən sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük qayıdışın başlanğıcı idi. 2016-ci idə aprel döyüşləri zamanı Azərbaycan ordusunun əks-hücumu zamanı Lələ Təpə yüksəkliyi də işğaldan azad edildi. Azərbaycan ordusunun bu uğurları bizi böyük qələbəyə daha da yaxınlaşdırdı”, - deyə deputat bildirib.

O qeyd edib ki, Cəbrayıl rayonunun azad olunması Azərbaycan ordusunun şücaətinin nəticəsidir.

“Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 27 sentyabrda Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktyabrda Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, oktyabrın 4-də isə Cəbrayıl şəhərini və rayonun 9 kəndini işğaldan azad etdi.

Cəbrayıl rayonunun ərazisində aparılan əməliyyatlar nəticəsində ümumilikdə bir şəhər və 80 kənd işğaldan azad edilmişdir. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonuna 4 dəfə səfər etmişdir və bu səfərlər zamanı mühüm infrastruktur obyektlərinin təməlqoyma mərasimləri baş tutmuşdur.

İşğaldan azad edilmiş əraziləridə həyata keçirilən böyük bərpa və quruculuq işlərinin tərkib hissəsi olaraq Cəbrayıl rayonunda da vətəndaşlarımızın öz dogma torpaqlarına qayıdaraq rahat yaşaması üçün bütün tədbirlər həyata keçirilir. Cəbrayılda dağıdılan mədəni-tarixi abidələrimizin də bərpası həyata keçirilir. Ən şərəfli anlardan da biri təbii ki, Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması olmuşdur. Bu, Azərbaycan xalqı üçün qürur və fəxarət və çox böyük siyasi və tarixi əhəmiyyətə malik hadisə idi. Bu gün fəxarət və qürur hissi ilə deyə bilərik ki, Cəbrayıl rayonu tam bərpa olunacaq və Cəbrayıl sakinləri də rahat yaşaya biləcəklər. Qazanılan bütün uğurlar təbii ki, ölkə Prezidentinin iradəsi, xalqımızın biriliyi və ordumuzun gücü sayəsində qazanıldı. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan xalqı! Biz birlikdə güclüyük!”, - deyə S.Hüseynova əlavə edib.

DİGƏR Xəbərlər Arxiv