YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənilər cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 76 dəfə pozublar

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 76 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistanın İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə məruz qalıb.

Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu, Tərtər rayonunun Yarımca, Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Kəngərli, Qaraqaşlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.