YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada şəhidin xatirəsi anılıb

Astara rayonu Taxtanakəran kənd sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn İbrahimov İlqar Elçin oğlunun şəhadətinin ikinci ildönümündə xatirəsi anılıb.

Anım mərasimində Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə, partiya fəalları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən astaralı döyüşçülərin göstərdiyi qəhrəmanlıqlardan danışıblar.

Qeyd edək ki, 2020-ci il oktyabrın 3-də Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan İlqar İbrahimov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.