YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunudur” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Bakı Dövlət Universiteti Tarix fakültəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunudur” adlı tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Səbinə Xasayeva, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, Bakı Dövlət Universiteti Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov, rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və rayonunun fəalları iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən YAP Yasamal rayon təşkilatının inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan sosial-iqtisadi və siyasi həyatında təlatümlü günlər yaşadığı bir vaxtda xalqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Respublikamızı ağır vəziyyətdən, böhrandan çıxardı. B.Nəbiyev qeyd edib ki, Ulu Öndər hakimiyyətdə olduğu illərdə Azərbaycan nəinki öz əbədi müstəqilliyini möhkəmləndirdi, hətta bütün sahələrdə beynəlxalq və regional çərçivədə bu gün də dinamik inkişaf edən böyük nailiyyətlər əldə etdi. Bütün bunlar ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyimizin ideya və təməlində dayanan siyasətinin nəticəsidir. Məhz bu siyasət ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək 44 günlük Vətən müharibəsində parlaq Zəfər əldə etməyimizə və regionda reallıqların yaranmasını nail olunub.

Tədbirdə çıxış edən Bakı Dövlət Universiteti Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov bildirdi ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bu gün əminliklə deyə bilərik ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı nadir inkişaf strategiyası dayanır.

Sonra çıxış edənlər - Milli Məclisinin deputatı Səbinə Xasayeva, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin IV kurs tələbəsi Hilalə Əliyevaya ümummilli lider Heydər Əliyev fenomeninin azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsinin, milli özünüdərkin inkişafının, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsinin vacibliyini vurğulayıblar.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.