YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi qəlblərdə əbədi yaşayır

Masallı rayonu Kəlbəhüseynli kəndində Vətən müharibəsi şəhidi Şahbazov Kənan Natiq oğlunun anım mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov, RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, ərazi partiya təşkilat sədrləri, şəhid ailələri, qazilər, din xadimləri, ziyalılar, ağsaqqallar və partiya fəalları şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Sonra şəhidin ailəsi ziyarət olunub, onların qayğı və problemləri dinlənilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.