YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycan tarixi Zəfərə imza atmaqla daha sürətlə inkişaf edir

“Tarixi nailiyyətimiz kimi dəyərləndirilən müstəqiliyimizin yenidən bərpasından ötən 31 illik zaman bu müddətdə baş verən hadisələrin düzgün dəyərləndirilməsində, təhlilinin aparılmasında zəngin mənbədir. Müstəqilliyimizin bərpasının ilk illərində yaşanan siyasi gərginlik, hakimiyyətsizlik hər kəsə məlum olan olaylardandır. O dövrün iqtidarının səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu Azərbaycanı faciələrlə, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Belə çətin bir dövrdə xalq öz xilaskarına-ulu öndər Heydər Əliyevə üz tutaraq onu hakimiyyətə dəvət etdi. Ölkədə xaosun, anarxiyanın, özbaşınalığın, iqtisadi böhranın baş alıb getməsi, digər tərəfdən torpaqlarımızın işğalı xalqın sabaha ümidini itirmişdi.  Həyatının mənasını dövlətinə, xalqına xidmətdə görən, hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə müstəqil dövlət kimi düşünərək biri-birindən mühüm addımlar atan ulu öndər Heydər Əliyev xalqını  yenə də tək qoymadı, 1993-cü ildə hakimiyyətə qayıdışı ilə ölkəmizin müstəqillik tarixinin mühüm səhifəsini yazdı.”     Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, müasir tariximizə ulu öndər  Heydər Əliyevin qayıdışı kimi daxil olan dövr Azərbaycanın sabitlik diyarına çevrilməsi, iqtisadiyyatının dinamik inkişafı, insanların rifahının yaxşılaşması, ölkənin simasının müasirləşməsi, dünya miqyasında nüfuzunun yüksəlməsi, ordumuzun qüdrətinin artması və digər uğurlarla müşayiət olundu. 1993-cü il 3 oktyabr tarixində ölkədə keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə Prezident seçilən Ümummilli Lider  andiçmə mərasimində bildirmişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”

“1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf dövrü kimi yazıldı” söyləyən Əliabbas Salahzadə vurğulayıb ki, hazırda Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq: “Bu inkişafın təməli məhz o illərdə qoyulmuşdur. Hər bir ölkənin tərəqqisində sabitliyin rolunu xüsusi qeyd edən ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasına geniş imkanlar yarandı. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra  sabitliyin yaradılması bu tərəddüdlərə son qoydu. Ümummilli Liderin səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı, Azərbaycanın enerji sektorunda malik olduğu imkanlarından səmərəli istifadəsi təmin olundu. Neft gəlirlərindən səmərəli istifadə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn addımların atılmasını şərtləndirdi. Daim bi fikir səsləndirilir ki, neftlə zəngin çox ölkələr var, amma bu resurslar heç də onlara uğur gətirmir, əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanın iqtisadi strategiyasını dünya təcrübəsinə əsasən hazırlaması bu çətinliyi yaşamamasına, əksinə əldə olunan gəlirlərin insanlar arasında ədalət prinsipi əsasında bölgüsünə yol açdı.”

Millət vəkili ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın demokratik islahatlar sahəsində, xarici siyasətdə, artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın yaradılmasında, ordu quruculuğunda qazandığı  uğurlardan geniş bəhs edərək bildirib ki, Ümummilli Liderin  böyüklüyü, dünənimizin, bu günümüzün və sabahımzın əsası kimi dəyərləndirilən ideyalarının əbədiyaşarlığı öz ifadəsini 2003-cü ildə cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsində  tapdı: “Ulu öndər Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində özünün sona çatdıra bilmədiyi  işlərin  cənab İlham Əliyevin xalqın dəstəyi ilə həyata keçirəcəyinə əminliyini ifadə etmişdir. Həmin müraciətdən bizi ayıran 19 il Ümumilli Liderin bu inamının reallıqda əksini tapmasına bələdçilik edir. Azərbaycanın iqtisadiyyatının sıçrayışlı inkişafı, ölkənin müasirləşməsi, hərbi qüdrətinin artması və  torpaqlarımızın işğaldan azad edilməsi, hazırda bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi Heydər Əliyev siyasətinin təntənəsidir.

Qarabağın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına  qayıtmasının təmin edilməsi ümummilli lider Heydər Əliyevin ən böyük arzusu idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev dahi şəxsiyyətin bu arzusunu gerçəkləşdirdi  və  2020-ci il noyabr ayının 8-də Şuşanın azad edilməsi müjdəsini xalqa çatdırarkən bildirdi ki,  bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim: “Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan  Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza atmaqla daha sürətlə   inkişaf edir, yenilənir, müasirləşir, yeni-yeni hədəflərə doğru inamla addımlayır.”

DİGƏR Xəbərlər Arxiv