YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AZƏRTAC “Bakı-2015”in rəsmi media tərəfdaşı oldu

Mayın 11-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi arasında rəsmi tərəfdaşlıq haqqında saziş imzalanıb.

Sazişi AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov və “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq imzaladılar.

Sazişə əsasən, AZƏRTAC “Bakı-2015” birinci Avropa Oyunlarının loqosunu və “Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi informasiya agentliyi” nişanını öz xəbərlərində, foto və videomateriallarında istifadə etmək və yayımlamaq hüququ əldə edib.