YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsinə əbədi ehtiram

Gədəbəy rayonu Arıqıran kəndində Vətən müharibəsi şəhidi Hüseynov Nəcəf İlqar oğlunun şəhadətinin ildönümü münasibətilə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy Rayon İcra Hakimiyyətinin məsul işçiləri, kənd sakinləri şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Şəhidin atası göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.