YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şabranda şəhidlərin anım mərasimi keçirilib

Şabran rayonu Güləmli kəndi və Rayonun Uzunboyad kəndində Vətən müharibəsi şəhidiləri İlyasov Şükür Qəmbər oğlunun və Abasov Ağababa Səfər oğlunun əziz xatirələri yad edilib.

Şəhidlərin şəhadətinin ildönümü ilə əlaqədar keçirilən mərasimdə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini İlkin Ağayev, partiya üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.

Tədbir iştirakçıları Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələrini ehtiramla anıb, ruhlarına dualar oxuyublar.