YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Bu gün Azərbaycan elmi islahatlarla müşayiət olunan yeni inkişaf yoluna qədəm qoyub

«Bu gün Azərbaycan elmi islahatlarla müşayiət olunan yeni inkişaf yoluna qədəm qoyub». Bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, Azərbaycan elmində müşayiət olunan müsbət tendensiyalar nüfuzlu beynəlxalq reytinqlərdə əks olunan konkret rəqəmlərdə təsdiq olunur. Onun sözlərinə görə, hazırda biliklər iqtisadiyyatının qurulması baxımından strateji əhəmiyyətli innovativ fəaliyyət sahələrində də nəzərəçarpacaq uğurlarımız var.

«Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin qurulması ölkəmizin əsas strateji inkişaf xətti olaraq bəyan edilib. Konsepsiya ölkədə bütün sahələrlə yanaşı, Azərbaycan elmin qarşısında da mühüm vəzifələr qoyur. Bu vəzifələrin icrası ilə bağlı Azərbaycan alimləri öz yaradıcı qüvvələrini səfərbər edib və müvafiq olaraq AMEA-nın 2020-ci ilədək inkişaf konsepsiyası, onun prioritetləri işlənib hazırlanıb»- deyə, akademik vurğulayıb.