YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxıda şəhidin doğum günü qeyd olunub

Şamaxıda Vətən müharibəsi şəhidi Allahverdiyev Zöhrab Sübhan oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və təşkilat əməkdaşları şəhidin məzarı önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Sonra şəhidin ailəsi ziyarət edilib. Görüşdə Zöhrabın şərəfli döyüş yolundan danışılıb, xatirəsinin qəlblərdə daim yaşayacağı vurğulanıb.

Şəhidin atası Sübhan Allahverdiyev onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv