YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər bir azərbaycanlı üçün şəhidlərimiz doğma və əzizdir

“2020-ci ilin sentyabrın 27-dən etibarən Ermənistanın cəbhə bölgəsində törətdikləri təxribatlar, mülki şəxslərin hədəfə alınması hər birimizdə, ümumiyyətlə dünya azərbaycanlılarında narahatçılıq yaratmışdı. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ermənistanın hücumularının qarşısı Milli Ordumuz tərəfindən qətiyyətlə alınaraq zəfər çalındı.  44 günlük Vətən müharibəsi zamanı dünya azərbaycanlılarının nümayiş etdirdiyi yüksək vətənpərvərlik hər birimizi hədsiz sevindirdi”. Bu haqda YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlama verib.

Asif Əsgərli bildirib ki, Vətən müharibəsi günlərdində soydaşlarımız dövlətimiz, Milli Ordumuz üçün yardım kampaniyalarında birləşərək aktivlik göstərirdilər: “Azərbaycan xalqı Prezident İlham Əliyevin xalqa müraciətlərində qaldırğı yumruq olub ətrafında toplandı. Vətən müharibəsi soydaşlarımız arasında birliyin və həmrəyliyin gücləndirilməsinin önəmini bir daha göstərdi. Və böyük iftixarla demək olar ki, Vətən müharibəsində müasir Azərbaycan gəncliyi ata-babalarına,vətənə sadiq olduqlarını qəhrəmanlıqları ilə sübut etdilər. İlk gündən Azərbaycan xalqı və xüsusən də gənclər ayağa qalxaraq birlik nümayiş etdirdilər. Ali Baş Konadanın bir çağırışı ilə gənclər kütləvi şəkildə orduya yazılıb döyüşlər qatıldılar. Prezident İlham Əliyev Vətən müharibəsində gənclərin bu rolunu xüsusi qiymətləndirərək onlara təşəkkür edib. Ölkə başçısı bu il fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumunda giriş nitqində deyib ki, bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Prezidentin bu sözləri hər bir gəncimizə motivasiya, mənəvi güc verib. Azərbaycan gəncləri bu gün öz bacarıq, intellekt və təcrübəsini artırıb yeni-yeni bilik və texnologiyalara yiyələnməklə yanaşı, sağlam vətəndaş mövqeyini də ortaya qoya bilir, vətənpərvərlik hislərini özündə yaşatmaqla hər zaman milli və dövlətçilik kursuna sadiqliyini nümayiş etdirir. Hələ 2016-cı ilin qısamüddətli Aprel döyüşləri zamanı heç bir təsir və resurslar işə salınmadan Azərbaycan gəncləri bir yumruq olduğunu göstərdi, vətənpərvərlik hislərini ortaya qoydu, hər an döyüşə hazır olduqlarını nümayiş etdirdi və 10-larla şəhid qardaşlarını ayaqda tutmaqla onlardan biri olmaqda şərəf duya biləcəklərini göstərdilər. Azərbaycan gəncləri hər zaman dövlətinə, millətinə bağlı vətəndaş mövqeyini göstərib, onu içdən və xaricdən zəiflətmək, ona qarşı təzyiqlər göstərmək istəyən istənilən qüvvənin qarşısında duranların ilk cərgəsində olanlardan olub ölkə gəncliyi. Azərbaycan gəncliyi, eyni zamanda ölkəmizin haqlı ədalətli mövqeyinin müdafiəsində, onun dünyaya çatdırılmasında, dövlətimizə beynəlxalq dəstəyin qazandırılmasında da öz vətəndaş mövqeyini ortaya qoyub”.

YAP İdarə Heyətinin üzvü deyib ki, İkinci Qarabağ müharibəsindəki şanlı Qələbə  tarixdə əbədi qalacaq: “Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Bununla belə, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə heç zaman unudulurmur. Bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalayıb. Bununla Azərbaycan dövləti və xalqı şəhidlərimizə olan ehtiramını göstərir. Şəhidlərin ruhuna, onların ailə üzvlərinə hər bir soydaşımız xüsusi dəyər verir. Artıq hər bir azərbaycanlı üçün şəhidlərimiz doğma və əzizdir”.

Asif Əsgərli Vətən müharibəsi günlərində, eləcə də 13 sentyabrda Ermənistanın sərəhəddə törətdiyi təxribat zamanı radikal müxalifətin anti-Azərbaycan fəaliyyətinə də toxunub: “Xaricdəki 5-ci kolon nümayəndələri və daxildəki radikal müxalifət üzvləri ermənimeyilli çıxşlarını hər zaman davam etdirirlər. Biz Vətən müharibəsi günlərində bunların iç üzlərini bir daha gördük. Məsələn, ölkədəki bütün partiyalar həmin günlərdə həmrəylik nümayiş etdirib dövlətə dəstək bəyanatı yaydılar. Lakin Əli Kərimlil və onun partiyası bu günlərdə dövləti dətəkləyən bayanat yaymadı. Belə anlaşılır ki, Azərbaycanın ərazi bütövlüyü onlar üçün önəmli deyil. Yenə də 13 sentyabrda Ermənistanın törətiyi təxribatlarada eyni reaksiya verdilər. Əli Kərmli və onun kimi bir qrup boşboğazlar Azərbaycan əleyhinə, Ermənistanın lehinə olan çıxışlar etdilər. Bu sərsəm çıxışları ilə onlar özlərini "sülhpərvər" göstərmək istəyirlər. Bu gün Azərbaycanın məqsədi ərazi bütövlüynü qorumaqdır. Ermənistan isə hələ də öz təcavüzkarlığını davam etdirir. Bizim bu vətən xainləri də belə bir ölkəni dəstəkləyən çıxışlar edirlər. Belə insanları heç bir halda soydaş kimi qəbul etmək olmaz".