Xəbərlər
Türkiyənin Azərbaycandakı səfirliyi Anım Günü ilə əlaqədar paylaşım edib

Türkiyənin Azərbaycandakı səfirliyi 27 Sentyabr - Anım Günü ilə əlaqədar rəsmi tviter hesabında paylaşım edib.
Paylaşımı təqdim edirik: “27 sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan azərbaycanlı qardaşlarımızın əziz xatirəsini ehtiramla yad edir, Qarabağdakı bayrağın əbədi dalğalanmasını arzu edirik.
Qarabağ Azərbaycandır!”.