YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin ruhuna sonsuz ehtiram nümunəsi

Səbail rayonunda şəhid ailələri ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və təşkilat nümayəndələri Vətən müharibəsi şəhidləri Əli Nağıyev, Cavidan Ağayev, Murad Qurbanov, Əli Tağıyev, Bilal Qənbərov və Yusif Budaqovun ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhid ailələri ilə görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tarixi qələbəmizdə şəhidlərimizin rolundan bəhs edib, Prezident İlham Əliyevin şəhid ailələri və qazilərə xüsusi diqqətindən danışıb.

Şəhidlərimizin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, dövlət tərəfindən bu gün şəhid ailələrinə verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu qeyd edib, öz minnətdarlıqlarını çatdırıblar.