YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qisas qiyamətə, şəhidlərin qanı isə yerdə qalmadı!

Zərdabda 27 sentyabr - Anım Günü ərəfəsində “Zəfər tariximizin əbədi qəhrəmanları - Şəhidlərimiz” devizi altında torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının məzarları ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi Ələkbər Kərimov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zərdab nümayəndəliyinin direktoru Vüsal Yusifov, partiya fəalları, şəhidlərimizin təhsil aldığı ümumtəhsil müəssisələrinin müəllim-şagird kollektivi, ictimaiyyət nümayəndələri Zərdab rayonundan olan Aprel döyüşləri, Vətən müharibəsi, sentyabrın 12-dən 13-nə keçən gecə erməni təxribatının qarşısını alarkən həyata keçirilən “Qətiyyətli cavab” əməliyyatı,  o cümlədən Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.

Tədbir iştirakçıları şəhidlərin məzarları üzərinə tər güllər düzüb, ruhlarına dualar oxuyub, xatirələrini ehtiramla yad ediblər.