YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda şəhidin məzarı ziyarət olunub

Masallı rayonu Çaxırlı kəndində Vətən müharibəsi şəhidi Ağayev Ağamalı Şamil oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Nurlan Muradov, İnformasiya təminatı və təhlil sektorunun əməkdaşı Nəsib Bağırov, ərazi partiya təşkilat sədrləri, şəhid ailələri, qazilər, din xadimləri, ziyalılar, ağsaqqallar və partiya fəalları şəhidin məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad ediblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.