YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

30 illik şərəfli və zəngin inkişaf yolu

Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatında ərazi partiya təşkilat sədrlərinin iştirakı ilə iclas keçirilib.

İclası giriş nitqi ilə açan YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev bildirib ki, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir və 30 ildə şərəfli yol keçərək böyük uğurlara imza atıb.

Natiq Allahverdiyev rayon təşkilatının fəaliyyətindən, qarşıda duran vəzifələrdən də danışıb. Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illik yubileyi ilə baglı ərazi partiya təşkilatlarına tapşırıqlar verib.

İclasda, həmçinin YAP Qax rayon təşkilatının sədr müavini vəzifəsinə təyin olunan İlkin Abbasov ərazi partiya təşkilat sədrlərinə təqdim olunub.

Müzakirə formatında davam edən görüşdə ərazi partiya təşkilat sədrlərinin təklifləri dinlənilib.