YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan tranzit ölkə kimi statusunu möhkəmləndirir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları günbəgün artır. Ölkəmizin yerləşdiyi coğrafi məkan  onun tranzit ölkə kimi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verir.

Ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur, Azərbaycanın iqtisadi inkişaf modelinin əsasını təşkil edir. Ölkəmizin iştirakı və təşəbbüsü əsasında reallığa çevrilən layihələr əməkdaşlıq əlaqələrinin genişlənməsinə öz töhfəsini verir ki, bu da öz növbəsində iqtisadi imkanların artmasını şərtləndirir.  1993-2003-cü illərdə ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl son 19 ilə yaxın dövrdə Azərbaycanın təkmil inkişaf modeli ilə dünyanın diqqətində olmasını təmin edir.  

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak etmək üçün Səmərqəndə səfəri zamanı keçirdiyi ikitərəfli görüşlərdə ölkəmizin iqtisadi imkanlarından geniş bəhs edərək  əməkdaşlıq əlaqələrinin gələcəkdə yeni prioritetlər üzrə inkişafı üçün geniş imkanların olduğunu bildirdi. Səmərqənd Sammitindəki çıxışında isə Prezidenti İlham Əliyev son illər ölkəmizin artan tranzit və nəqliyyat- logistika imkanlarında bəhs edərək bildirdi ki, hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq. Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.

Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda iki ilə yaxındır ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri həyata keçirilir. Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bu  torpaqlarda ilk olaraq  infrastruktur layihələrinin uğurlu icrasına, yeni avtomobil, dəmir yolu və hava limanlarının tikintisinə  xüsusi diqqət göstərilir. İşğaldan azad edilmiş  ərazilərimizdə üç Beynəlxalq Hava Limanının tikintisinin nəzərdə tutulmasının iqtisadi və strateji əhəmiyyəti məlumdur. Qısa zamanda Qarabağ və Şərqi Zəngəzur böyük investisiyalar məkanına çevriləcək. Bu məkanlardan  dünyaya açılan hava qapıları  iqtisadi imkanların artmasında əhəmiyyətli rol oynayacaq.

Tarixi Zəfərimizin mühüm reallıqlarından biri yeni əməkdaşlıq formatlarının yaradılmasıdır ki, bu da öz növbəsində  iqtisadi əlaqələrin inkişafına böyük töhfə olacaq. Lakin bu mühüm addımı atmaq üçün bölgədə sülhün və təhlükəsizliyin yaradılması əsas şərtdir. Azərbaycan bunun üçün Ermənistana sülh təklifini edərək onun reallığa çevrilməsi istiqamətində üzərinə düşən öhdəlikləri yerinə yetirir və qarşı tərəfdən də bu öhdəliklərə sadiqlik nümayiş etdirməsini tələb edir. Prezidenti İlham Əliyev Səmərqənd Sammitindəki çıxışında bir daha bildirdi ki, Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq.

Qeyd etdiklərimiz fonunda bu ümumiləşdirməni apara bilərik ki, regional və beynəlxalq təşkilatlarda mövqeyini möhkəmləndirən Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatının münasibətlərində yeni mərhələ başlayır. Səmərqənd Sammitinin yekununda qəbul edilən Bəyannamədə əməkdaşlığın daha da təkmilləşdirilməsi, regional sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi, nəqliyyat əlaqələrinin gücləndirilməsi, eləcə də mədəni dialoqun dərinləşdirilməsinə dair birgə yanaşmalar əksini tapıb. Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin möhkəmləndirilməsi  Azərbaycanın maraqlarına tam cavab verir. Ümumilikdə üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılması Şanxay Əməkdaşlıq Təşkilatının  əsas məqsədləridir.

DİGƏR Xəbərlər Arxiv