YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Topçu şəhidin xatirəsi anılıb

Vətən müharibəsi şəhidi topçu Mönsümzadə Orxan Səfiyar oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Ağdam rayonunun Baharlı qəsəbəsində məskunlaşan şəhidin ailəsi ilə görüşüb.

Rayon təşkilatının sədri bildirib ki, şəhid ailələri, döyüşlərdə yaralananlar və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, mütəmadi olaraq onlarla görüşlər keçirilir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görülür.

Tədbir iştirakçıları, həmçinin Bərdənin Cəyirli kənd qəbiristanlığında Orxanın məzarını ziyarət ediblər.

Qeyd edək ki, Kəlbəcər rayonundan olan topçu Orxan Mönsümzadə 2020-ci il sentyabrın 28-də Ağdam istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid Orxan Mönsümzadə ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv