YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölməzlik simvolları

İmişlidə Vətən müharibəsi şəhidi Məmmədli Cavidanın doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının sədri Səfa Ağayev və İmişli Rayon İcra Hakimiyyətinin əməkdaşları şəhidin ailəsini ziyarət edib, dərin hüznlə başsağlığı veriblər.

Rayon təşkilatının sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.

Səfa Ağayev Cavidan Məmmədlinin keçdiyi qısa və mənalı həyat yolundan söz açıb, Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, Vətən uğrunda mübarizənin vacibliyini, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəyini qeyd edib.

Şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən Səfa Ağayev Cavidan Məmmədlinin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Daha sonra şəhidin məzarı ziyarət olunub, önünə tər güllər düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Cavidan Məmmədli 2020-ci il oktyabrın 7-də Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.  Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.

DİGƏR Xəbərlər Arxiv