YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaşıllaşdırma kampaniyası həyata keçirməsi bir ənənədir

«Yeni Azərbaycan Partiyasının yaşıllaşdırma kampaniyası həyata keçirməsi bir ənənədir. Partiyamız mütəmadi olaraq belə kampaniyalar keçirir». Bu fikirləri 

YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, bu gün keçirilən ağacəkmə kampaniyası da bu ənənənin davamıdır. Onun sözlərinə görə, tədbirdə partiyamızın Milli Məclisdə təmsil olunan deputatları, rayon və şəhər təşkilatlarının fəalları bu işə qoşulub. «Ümumilikdə, YAP mütəmadi olaraq ağacəkmə mövsümündə yaşıllaşdırma aksiyası həyata keçirir. Bu məsələ daim diqqət mərkəzindədir. İndiki aksiya zamanı partiyamızın üzvləri tərəfindən xeyli sayda ağac əkilib ki, bu da savab işdir. Hesab edirik ki, biz burada çox gözəl bir meşə massivi yaradacağıq. Çünki biz bundan öncə də Bayılda çox gözəl bir meşə zolağı salmışdıq. Demək olar ki, orada illərlə belə aksiyalar keçirilib. Hazırda isə biz Nərimanov rayonunda bu aksiyanı həyata keçiririk»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.