YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər zirvəsi”nə kütləvi yürüşlər davam edir

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə kütləvi yürüşlər davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, Şahdağ ərazisində qeyri-sabit, qarlı-şaxtalı hava şəraitinə baxmayaraq yürüş iştirakçıları yüksək əhval-ruhiyyə ilə “Heydər zirvəsi”nə qalxaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edirlər. Aksiyaya qoşulanların sayı ötən illərlə müqayisədə dəfələrlə artaraq xoş bir ənənə halını alıb. Kütləvi yürüş ənənəsi “Heydər zirvəsi”ni xalqın ziyarətgahına çevirib. Ötən 5 gün ərzində bölgələrdən, nazirlik, müəssisə, idarə və təşkilatlardan 200-ə yaxın ziyarətçi Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxıb. Mayın 12-dək ümumilikdə 700-ə yaxın ziyarətçinin zirvəyə yürüş edəcəyi gözlənilir.

Qeyd edək ki, ETSN tərəfindən Şahdağ Milli Parkında yaradılmış Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq yürüş iştirakçıları bələdçilərin müşayiəti ilə may ayının 1-dən etibarən mütəşəkkil qruplarla “Heydər zirvəsi”nə doğru yürüşə başlayıb. Yürüş iştirakçılarının təhlükəsizliyini və təlimatlandırılmasını Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası həyata keçirir. Qrafik üzrə mütəmadi qaydada may ayının 12-dək davam edəcək kütləvi yürüşün iştirakçıları nazirliyin müvafiq əmri ilə Şahdağ Milli Parkının ərazisinə giriş haqqından birdəfəlik azad olunublar.

 

DİGƏR Xəbərlər Arxiv