YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Həmsədrlərin Laçının işğaldan azad edilməli olduğunu ucadan səsləndirməsini Ermənistanın mövqeyinə təsir kimi də dəyərləndirmək olar

«Dağlıq Qarabağ münaqişəsinin baza prinsiplərində ətraf yeddi rayonun işğal altında olması faktı qeyd olunur və həmin torpaqların azad olunmasına çağırış öz əksini tapır. Həmsədrlər Laçında bu ərazinin azad olunması barədə fikir söyləməklə, yenilənmiş Madrid prinsiplərinin yerinə yetirilməsi ilə bağlı mövqe bildiriblər». Bu fikirləri politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, bu, yeni məsələ deyil. Onun sözlərinə görə, Azərbaycan yenilənmiş Madrid prinsiplərini qəbul etsə də, Ermənistan isə indiyə kimi əks mövqe nümayiş etdirir.

«Həmsədrlər həmin prinsiplərin tərkib hisəssindən biri olan Laçın rayonunun azad olunması məsələsini qoyublar. Onlar Ermənistanın da bildiyi bu məlum məsələni indi daha ucadan səsləndirməyə başlayıblar. Bu, bir az pozitiv haldır. Biz bunu təqdir edirik. Çünki əvvəllər bu yanaşmanı görmürdük. Ermənistan danışıqlardan imtina etdiyini bildirməsə də, imitasiya edir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin Laçının işğaldan azad edilməli olduğunu ucadan səsləndirməsini müəyyən mənada Ermənistanın mövqeyinə təsir kimi də dəyərləndirmək olar. Amma təsir gərək ardıcıl, davamlı, artma tendensiyası ilə olsun»- deyə, politoloq qeyd edib.