YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Mehdiyev: Ümummilli lider Heydər Əliyevin Azərbaycanda idmanın inkişafına diqqət və qayğısı bu sahədə inkişafın əsasını qoyub

Ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Dövlət Sosial Müdafiə Fondunda silsilə tədbirlər keçirilir. Bu tədbirlərdən biri - aprelin 6-da açılış mərasimi olan, ulu öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə Fondun strukturlarının komandaları arasında keçirilən mini-futbol turniri mayın 5-də yekunlaşıb. 

Məlumatı  DSMF-nin İctimaiyyətlə əlaqələr sektoru yayıb.

Turnirin başa çatması münasibətlə keçirilən tədbirdə çıxış edən DSMF-nin sədri Elman Mehdiyev bildirib ki, ümummilli lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafına diqqət və qayğısı da bu sahədə inkişafın əsasını qoyub. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyəti nəticəsində müstəqil Azərbaycan beynəlxalq aləmdə həm də bir idman ölkəsi kimi tanınıb və olimpiya hərəkatına qoşulub.  Hazırda ölkəmiz beynəlxalq idman yarışlarının əsas təşkilatçılarından birinə çevrilib. Azərbaycanın tarixdə ilk dəfə keçiriləcək 1-ci Avropa Oyunlarına ev sahibliyi etməsi də bunun bariz nümunəsidir.

DSMF-də artıq neçə illərdir ulu öndərin doğum günü ərəfəsində müxtəlif  kütləvi tədbirlərin təşkil edildiyini diqqətə çatdıran Fondun sədri, bunlardan birinin də bu gün başa çatan komandalar arası mini-futbol turniri olduğunu vurğulayıb.

Daha sonra Elman Mehdiyev 8 komandanın yarışa qatıldığı mini-futbol turnirinin qaliblərini təbrik edib və onlara kubok, medal, diplom və mükafatlar təqdim edib.

DSMF-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Fondun şəhər və rayon strukturlarının 32 nəfər əməkdaşı arasında  şahmat və 16 nəfər əməkdaşı arasında isə stolüstü tennis yarışları da keçirilib. Bu yarışların qalibəri də müəyyənləşib və mükafatlandırılıb.