YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mikayıl Cabbarov: Dövlət proqramı çərçivəsində 3 184 azərbaycanlı gənc xaricdə təhsil almağa göndərilib

 "Bu ilin sentyabr ayından yuxarı siniflərin təmayülləşməsinin tədbiqi planlaşdırılır və bu proses bütün Azərbaycan məktəblərində tətbiq ediləcək". Bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

 M.Cabbarov bildirib ki, hazırda bu yöndə hazırlıq işləri gedir. Onun sözlərinə görə, istedadlı gənclərin öz həyat yollarını seçərkən onlara daha keyfiyyətli təhsilin çatdırılması üçün zəruri olan amildir: «Bundan başqa, Bakı şəhərinin 2 məktəbində ilk dəfə olaraq 2015-ci ilin sentyabrında inklüziv təhsilin tədbiqinə başlanılacaq. Bu gün ölkədə on minlərlə fiziki qüsurlara malik olan uşaqlar təhsil sistemindən kənarda qalır. Bu ildən başlayaraq, belə uşaqlar gələcəkdə inklüziv təhsillə əhatə olunacaq».

 Nazir, həmçinin, bu ildən I siniflərə qəbulun elektron qeydiyyat vasitəsilə həyata keçirildiyini qeyd edib. Onun sözlərinə görə, bu, təhsil sistemində mühüm yeniliklərdən biridir.

«Bu il başa çatan və gələcək üçün əhəmiyyəli olan layihələrdən biri də xaricdə təhsil proqramıdır ki, bu günə qədər 3 184 azərbaycanlı gənc bu proqram hesabına xaricdə təhsil almağa göndərilib»- deyə, M.Cabbarov vurğulayıb.