YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədən olan şəhidlər torpağa tapşırılıblar

Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan əsgər Əliyev Üzeyir Sabir oğlu və gizir İmamverdiyev Asiman Mehman oğlu torpağa tapşırılıblar.

Vida mərasimlərində Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, QMİ-nin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, idarə, müəssisə və təşkilat, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhidlərin yaxınları iştirak ediblər.

Azərbaycan Ordusunun əsgəri, 1993-cü il təvəllüdlü şəhid Üzeyir Əliyev Göygölün Şəhidlər xiyabanında, gizir 1988-ci il təvəllüdlü şəhid Asiman İmamverdiyev isə Gəncənin Şəhidlər xiyabanında dəfn olunublar.

DİGƏR Xəbərlər Arxiv