YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Bu vəziyyəti qəbuledilməz hesab edirik

Dost və qardaş Azərbaycanın Vətən torpaqlarının müdafiəsi üçün apardığı mübarizədə verdiyi son şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ermənistanın Azərbaycanın Zəfəri il nəticələnən müharibənin ardından əldə olunan anlaşmanın pozulması nəticəsində meydana gələn bu vəziyyəti qəbuledilməz hesab edirik. Hər zaman olduğu kimi, bu hadisələrdə də azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir. 

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

Qarabağ savaşından sonra imzalanan anlaşmanın şərtlərini yerinə yetirmədiyi kimi, mütəmadi olaraq aqressiv davranış nümayiş etdirən Ermənistan tərəfi üçün bu münasibətin əlbəttə ki, nəticələri olacaq. Ümidimiz Ermənistanın bu səhv yoldan bir an əvvəl dönməsi, anlaşmanın şərtlərini sürətlə yerinə yetirməsi, vaxtını və enerjisini sülhü gücləndirmək istiqamətində istifadə etməsidir. Bir daha şəhidlərimizi rəhmətlə yad edir, yaralılarımıza sağlamlıq diləyirəm. Qardaşım Prezident İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqına başsağlığı verirəm.