YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri “İDEF–2015” Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti “İDEF–2015” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirəcək, müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olacaq.

Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli görüşlər, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Hülusi Akar ilə görüş planlaşdırılıb.