YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan hər zaman əməkdaşlıq və qarşılıqlı anlaşma məkanı olmuşdur

“Azərbaycan Asiya İnkişaf Bankına 1999-cu ildə qoşulmuşdur. O vaxtdan bəri bizim çox səmərəli əməkdaşlığımız olmuşdur və biz Asiya İnkişaf Bankının iqtisadiyyatımızın müasirləşməsi, əhalimizin yaşayış standartlarının yaxşılaşdırılmasında xalqımızın səylərinin davamlı dəstəklənməsinə görə Asiya İnkişaf Bankına təşəkkürümüzü bildiririk. Əminəm ki, bizim səmərəli əməkdaşlığımız davam edəcəkdir, çünki Azərbaycanda hələ də islahatların aparılması, infrastrukturun təkmilləşdirilməsi və iqtisadiyyatımızın real sektorunda sərmayələrin qoyuluşu sahəsində görüləcək işlər çoxdur.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Bakı Konqres Mərkəzində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış sessiyasında çıxışı zamanı söyləmişdir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, bu günədək Asiya İnkişaf Bankı tərəfindən Azərbaycana 1.5 milyard dollar məbləğində vəsait ayrılmışdır və dediyim kimi, xalqımız bu layihələrdən bəhrələnmiş və həmin vəsait davamlı iqtisadi inkişafımıza xidmət etmişdir.

“Qonaqların əksəriyyəti ilk dəfədir ki, buraya səfər edirlər. Əminəm ki, bu, Azərbaycanı yaxından tanımaq üçün gözəl fürsət olacaqdır. Çünki Azərbaycan müstəqil ölkə kimi dünya xəritəsində 23 ildən bir az artıq müddətdir ki, mövcuddur. Azərbaycan öz qədim tarixi, mədəniyyəti və ənənələrinə görə məşhurdur və əminəm ki, qonaqlarımız tarixi yerlərimizi ziyarət edəcək, Azərbaycan, xalqımızın ənənələri, keçmişimiz və bu günümüz haqqında daha dolğun məlumat əldə edəcəklər.” -deyə, Prezident İlham Əliyev bildirmişdir.

Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycanın coğrafi yerləşməsi birmənalı olaraq bizim bir ölkə kimi inkişafımıza təsir etmişdir: “Şərq və Qərb, Asiya və Avropa arasında yerləşdiyinə görə Azərbaycanda əsrlər boyu multikultural cəmiyyət mövcud olmuşdur. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, Azərbaycan hər zaman əməkdaşlıq və qarşılıqlı anlaşma məkanı olmuşdur. Biz tariximizlə, multikultural tariximizlə fəxr edirik. Biz Azərbaycanın müasir və tolerant ölkə kimi inkişafına qəti olaraq sadiqik ki, burada bütün millətlərin və dinlərin nümayəndələri sülh şəraitində və ləyaqətli şəkildə yaşasın.”