YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asiya İnkişaf Bankının prezidenti Takehiko NAKAO: Asiya İnkişaf Bankı yoxsulluğun azaldılması istiqamətində tədbirlərini daha da gücləndirir

“Asiya İnkişaf Bankı ilə Azərbaycan artıq 15 ildir ki, tərəfdaşdır. Ötən 15 il ərzində Azərbaycan həqiqətən öz gəlirlərini 4 dəfə artıra və yoxsulluq səviyyəsini ciddi şəkildə azalda bilib. Bu, Azərbaycanın davamlı inkişaf məqsədlərinə nail olmaq işinə töhfəsidir. Mən hamımızın adından bizi bu gözəl şəhərə dəvət etdiyinə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığımı bildirmək istəyirəm.” Bu fikirləri Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao mayın 4-də Bakı Konqres Mərkəzində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısının açılış sessiyasında çıxışı zamanı söyləmişdir.

Asiya İnkişaf Bankının prezidenti rəhbərlik etdiyi qurumun 2014-cü ildə keçdiyi inkişaf yolunu ətraflı xarakterizə etmişdir. O bildirmişdir ki, Asiya İnkişaf Bankı ötən illərdə maliyyə imkanlarını xeyli artırıb və layihələrin icrasının keyfiyyəti yaxşılaşdırılıb. Yaxın illərdə Asiya və Sakit Okean regionunda iqtisadi inkişafın artım tempi Avrozona və Yaponiyanın müvafiq göstəricisini üstələyəcək. Takehiko Nakao qeyd etmişdir ki, Asiya İnkişaf Bankı yoxsulluğun azaldılması istiqamətində tədbirlərini daha da gücləndirir, infrastruktur layihələrinə diqqəti ilbəil artırır.

Asiya İnkişaf Bankının prezidenti qeyd etmişdir ki, biz yeni qlobal təşəbbüslərə imza atmaq istəyirik: “Mən istəyirəm ki, Asiya İnkişaf Bankı daha güclü, daha çevik hərəkət edən, daha səmərəli fəaliyyət göstərən qurum olsun. Biz öz imkanlarımızı nəzərə alaraq daha da güclənməliyik. Biz Asiya İnkişaf Bankının əməliyyatlarını 20 milyard dollara çatdırmalıyıq. Bizim yoxsul dövlətlərə dəstəyimiz artıq 70 faizə çatdırılıb. Bu istiqamətdə özəl şirkətlərin əməliyyatları üçün imkanlar var. Həmmaliyyələşməyə gəldikdə isə, bizim sərmayələrimiz 40 milyard dollara çatdırılmalıdır və digər imkanlardan da yararlanmalıyıq. Lakin biz bundan hansı şəkildə yararlanmağı bilməliyik. Biz bir neçə ölkə ilə fəal şəkildə çalışırıq ki, maliyyələşmə sxemlərimizin yaradılması üçün alətləri icad edək. Biz, həmçinin həmmaliyyələşmə imkanlarının artırılmasına çalışırıq. Biz Asiya İnfrastruktur İnvestisiya Bankı ilə sıx əməkdaşlıq edirik. Regionda bu bankın maliyyə ehtiyatlarına ehtiyac vardır. Biz bu imkanları artırmağa çalışırıq. Biz, həmçinin sizin dəstəyinizə arxalana bilərik ki, gələcəkdə maliyyə və kapital ehtiyatlarımızı artıraq. Biz, həmçinin öz ekspertiza xidmətlərimizi gücləndirməliyik. Biz ən sınanmış alətlərdən və uzunmüddətli kredit sxemlərindən bəhrələnməliyik."

Gələcəkdə bankın fəaliyyətinin daha da genişləndirilməsi perspektivlərini ətraflı xarakterizə edən Takehiko Nakao Asiya və Sakit Okean regionunda yoxsulluğun azaldılması və əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini vurğuladı.