YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin əziz xatirələri anılıb

Biləsuvar rayonunun Ağayrı kəndində Birinci Qarabağ müharibəsi şəhidi Haqverdiyev Cavid Əlifağa oğlunun, Çaylı kəndində isə İkinci Qarabağ müharibəsi şəhidi Kərimov Elvin Mürşüd oğlunun xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başcısı Aparatının şöbə müdiri Zamiq Mənsimli, SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov və partiya fəalları Cavid Haqverdiyevin şəhadətə ucalmasının 30-cu ildönümü, şəhid Elvin Kərimovun isə 37-ci doğum günü ilə əlaqədar məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.

Daha sonra şəhidlərin ailələri ziyarət olunub, qayğı və problemləri dinlənilib.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, şəhid Cavid Haqverdiyev 1975-ci il aprelin 16-da Biləsuvar rayonunun Ağayrı kəndində anadan olub. Birinci Qarabağ müharibəsi şəhidi 1992-ci il sentyabrın 12-də Laçın uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. Onun adı əbədiləşdirilərək Ağayrı kənd tibb məntəqəsinə verilib.

Şəhid Elvin Kərimov 1985-ci il sentyabrın 13-də Biləsuvar rayonunun Çaylı kəndində doğulub. 2020-ci il oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv