YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Diqqət və qayğı nümunəsi

Yeni tədris ilinin başlanması münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və “Grafika” mağazalar şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid və qazi övladlarına məktəb ləvazimatlarının qarşılanması üçün hədiyyə kuponları təqdim olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və təşkilatın əməkdaşları Vətən müharibəsi şəhidləri Qərib Baxşəliyevin, Zaur Nudirəliyevin, Vətən müharibəsi qaziləri İlham Əliyevin və Elşən Mustafayevin ailələrini ziyarət edib, onların övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, məktəblilərə uğurlar diləyiblər. Təşkilat nümayəndələri şəhid və qazilərin məktəbli övladlarına “Grafika” mağazalar şəbəkəsinin hədiyyə kuponlarını təqdim ediblər.

Şəhid ailələrinin üzvləri və qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Nərimanov rayonunda şəhid və qazi övladlarına yeni tədris ilinin başlaması münasibəti ilə hədiyyə kuponlarının təqdim olunması aksiyası davam edir.

DİGƏR Xəbərlər Arxiv