YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər unudulmur

Ağstafada Vətən müharibəsi şəhidi Abdullayev Nihad Adil oğlunun xatirəsinə inşa olunan abidə-bulaq kompleksinin açılış mərasimi olub.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrinin rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları xatirə kompleksinin önünə gül dəstələri qoyub, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə şəhid Nihad Abdullayevin şərəfli həyat və döyüş yolundan, Vətənə olan sonsuz məhəbbətindən geniş bəhs olunub.

Qeyd edək ki, Nihad Abdullayev 2020-ci il noyabr ayının 9-da Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv