YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlər ölməz, Vətən bölünməz!

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən qəhrəman oğullardan biri şəhid Dövlətzadə Cəbrayıl Dövlət oğlunun 21-ci doğum günü qeyd edilib. 

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Kərim Kərimov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri İkinci Fəxri xiyabanda şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublaar.

Çıxış edənlər Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Azərbaycan Bayrağı” ordeni, “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülən şəhid Cəbrayıl Dövlətzadənin şərəfli ömür və döyüş yolundan, Vətən müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlardan danışıblar.

Şəhidin ailə üzvləri dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.