YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin sədri Azərbaycanın Tacikistandakı səfirliyində olub

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Sahibə Qafarova və parlament nümayəndə heyətinin üzvləri əvvəlcə səfirlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüblər.

Sonra Sahibə Qafarova səfirliyin əməkdaşları ilə diplomatik nümayəndəliyimizin fəaliyyəti barədə söhbət edib, onlar üçün yaradılmış şəraitlə tanış olub.

Sonda xatirə şəkli çəkdirilib.