YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş diplomatlar arasında telefon danışığı...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Ceyhun Bayramov özünün tviter hesabında bildirib.

Nazir qeyd edib: “Qardaş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı oldu. Danışıq zamanı Ermənistanın son irimiqyaslı hərbi təxribatları barədə məlumat verildi. Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi və təcavüzün dayandırılmasının vacibliyi vurğulandı”.