YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müqəddəs şəhidlik zirvəsi…

Biləsuvar rayonunun İsmətli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Mirzəyev Nürəddin Güloğlan oğlunun doğum günü ilə əlaqədar xatirəsi yad edilib.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Zamiq Mənsimli, Azərbaycanın Milli Qəhrəmanı Fariz Qəhrəmanov, müharibə veteranları, partiya fəalları və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Daha sonra ziyarətçilər şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Görüşdə şəhidin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib.

Çıxış edənlər Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsi ilə həm də Birinci Qarabağ müharibəsi şəhidlərinin qisasının alındığını vurğulayıblar.

Şəhidin doğmaları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Nürəddin Mirzəyev Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 1994-cü il martın 23-də rayonun İsmətli kənd qəbiristanlığında torpağa tapşırılıb.